Paytaxtda qəribə oğurluq hadisəsi - Körpünün dəmirlərini... - VİDEO

Yol gedəndə istər-istəməz bəzi şeylərə diqqət yetiririk. Asfalt örtüyündən tutmuş tunellərdə yanan işıqlara , yollara çəkilən zolaqlardan dəmir məhəccərlərə qədər. Dəmir məhəccər demişkən kimin ağlına gələr ki, hətta yol kənarındakı belə məhəccərlərin aksesurlarına göz dikib oğurlayanlar da varmış. Xüsusilə Alı Mustafayev küçəsindəki avtomobil körpüsünün aksesuarları cibə xoş göründüyü üçün oğurlanıb. Lakin hadisəni törədənlər kameraların onları anbaan izlədiyini unudublar. Onlar artıq məsuliyyətə cəlb edilib.
Oğrular bu dəfə avtomobil körpülərini hədəf seçiblər. Körpülərinin kənarlarında olan dəmir məhəccərlərin aksesuarlarının çoxu oğurlanıb. Xüsusilə paytaxtın Nəsimi rayonunda, Alı Mustafayev küçəsindəki körpünün aksesuarları demək olar ki, talan edilib
Bu aksesurlaruın hər biri məhəccərlərə möhkəm bərkidilib. Onlar oğurlanan zaman xüsusi alətlərlə çıxarılıb
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Xezerxeber-ə bildirdi ki, həmin hadisədən xəbərdardırlar. Yol təsərrüfatına ziyan vuran şəxslər məsuliyyətə cəlb edilib.
Həmçinin o da bildirildi ki, körpülər xüsusi kameralarla müşahidə edilir. Ona görə də, bu hadisələri törədən şəxslər ən qısa zamanda aşkar edilərək məsuliyyətə cəlb edilir.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












