Bakıda QƏZA: tunelin hasarı uçdu - FOTO

Heydər Əliyev prospektində yan yolla tuneli ayıran divar qəza səbəbilə dağılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən xəbərə görə, ötən gün axşam saatlarında Ziya Bünyadov prospektindən Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev proskpekti istiqamətində hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq qəza törədib. Yük maşınının Heydər Əliyev prospektində yan yolla tuneli ayıran divara çırpılması nəticəsində divarın bir hissəsi deformasiyaya uğrayaraq dağılıb.
Daxil olan məlumatla əlaqədar dərhal əraziyə AAYDA əməkdaşları cəlb olunub və divarın bərpası üçün işlərə başlanılıb.
Aparılan təmir-bərpa işləri ilə bağlı sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















