Azərbaycanın axtardığı şəxslər Rusiyada TUTULDU

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşları Mütəllimov Loğman Gülağa oğlu və İbrahimzadə Ruslan Rəhman oğlunun ekstradisiyası haqqında vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumatda bildirilib.
Şirvan şəhər polis idarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami rayon polis idarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən olunub və həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Hər iki şəxs Rusiya Federasiyası ərazisində müəyyən edilərək saxlanılıblar.
1 sentyabr 2022-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












