Məktəbdən döyüldüyü deyilən şagirdlə bağlı açıqlama - FOTO - YENİLƏNİB

90 nömrəli tam orta məktəb baş verən hadisə ilə bağlı məlumat yayıb.
Məktəbdən bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.
Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qız döyülüb.
Bu barədə jurnalist İntiqam Valehoğlu sosial şəbəkədə bildirib.
"Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdini bu vəziyyətə qoyublar. Direktor Svetlana Nəbiyeva uşağın valideyni ilə " anlaşmağa" çalışır", - deyə jurnalist bildirib.
Qeyd olunur ki, gözündən ağır xəsarət alan azyaşlı üçün təcili yardım çağırmadığı da bildirilir.
Onun digər məktəbli ilə toqquşaraq xəsarət aldığı deyilsə də, anası Təranə Məmmədzadə bunun doğru olmadığını bildirib. O, məsələ ilə bağlı polisə şikayət edib. (bakupost)




Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












