Bakıda səkinin üstündə idman meydançası tikildi - FOTO

Bakının Nərimanov rayonunda yeni tikilən idman meydançası sakinlərin narazılığına və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yayılan fotolarda Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində tikilən meydançanın piyadalar üçün nəzərdə tutulan səkini zəbt etdiyi əks olunub. Bu isə piyadaların səki ilə hərəkətini məhdudlaşdırır. Ərazi Azərbaycan Kooperasiya Universitetinin yaxınlığında yerləşir.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, mətbuat məsələlərinə məsul olan şəxs məzuniyyətdədir və onu əvəz edən yoxdur. Digər şəxslərlə əlaqə yaratmaq istəyimizə cavab olaraq isə “qaynar xətt”ə cavab verən xanım bildirib: “Pandemiya ilə əlaqədar əməkdaşların çoxu işə çıxmır. Yalnız ümumi şöbə ilə əlaqə saxlaya bilərsiniz”. Ümumi şöbənin telefonuna da cavab verən yoxdur.
Qeyd edək ki, fotoları "Bərbad Bakı" facebook səhifəsi paylaşıb. (“Report”)










Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












