Bakıda sərnişinə "səni Kanadaya qaçıracağam" deyən taksi sürücüsü həbs edildi

Bakıda xanım müştərisini evlənmək məqsədi ilə Kanadaya qaçıracağını deyən taksi sürücüsü həbs edilib.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl sifarişlə çağırdığı taksiyə əyləşən Arifə Həsənova (ad-soyad şərti) ona qarşı qeyri-etik ifadələr işlədən sürücü barəsində polisə şikayət edib.
Xanım sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib.
Məhkəmədə zərərçəkmiş şəxs Arifə Həsənova bildirib ki, hazırlıqdan çıxıb evə getmək üçün nənəsi taksi çağırıb. Taksi sürücüsü Zamin Kamilov (ad-soyad şərti) Arifədən əvvəlcə nənəsinin "yeraz" olduğunu soruşub, özünün də anasının və keçmiş arvadının "yeraz" olduğunu deyib.
Daha sonra bir qədər də irəli gedərək, ona evlənmək təklifini edib. "Səni mənə versələr, evlənərəm" deyib. Zamin Kamilov gələckdə Kanadaya yerləşəcəyini və onu da özüylə qaçıracağını deyib. Taksi sürücüsü həmçinin bilərək yolu uzadıb.
Zamin Kamilov isə Arifə Həsənova ilə aralarında normal tərzdə söhbət olduğunu, ona heç bir əxlaqsız təklif etmədiyini bildirib. Onunla sadəcə zarafat etdiyini bildirib və bunun da səhv hərəkət olduğunu etiraf edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












