Bakıda ŞOK oğurluq: mütəşəkkil dəstə dükanı belə soydu - REAL VİDEO

Bakı şəhər sakini Validə İsgəndərova Avtosfer.az saytına müraciət edərək başına gələn hadisəni danışıb. Belə ki, dünən (03.06.2019) Bakıxanov qəsəbəsində “Razin talkuçkası” kimi tanınan bazarda onun sahibi olduğu mağazaya eyni vaxtda iki kişi, biri yaşlı olmaqla iki qadın, bir yeniyetmə və bir uşaq daxil olub. Kişilər qapının yanında ayaqqabı ilə “maraqlanıb” satıcının başını qarışdırırlar. Bu zaman yaşlı qadın bahalı qadın kostyumlarını bükərək yeniyetmənin əlində olan torbaya basır. Nisbətən cavan gəlinlə uşaq isə həmin vaxt oğurluq baş verən yerin qabağını kəsərək görüntü məhdudiyyəti yaradırlar. Yaşlı qadın oğurluğun ardından əlində bir mal dükanın arxa hissəsinə keçir. Satıcını çağırır. Satıcı ona yaxınlaşanda isə yeniyetmə, ardınca uşaq və gəlin, daha sonra isə kişilərdən biri çıxır.
Validə İsgəndərovaya ümumilikdə 800 manata yaxın ziyan dəyib. Xanım sahibkar polis orqanlarından bu cinayətkar dəstəni ifşa edərək yaxalanmasını istəyir.
Cinayətkar dəstənin bir ailə olduğu ehtimal edilir. Ata, ana, iki oğul, gəlin və uşaq.
Ümid edirik ki, polis tezliklə bu cinayət əməlini törədənləri həbs edəcək. Çünki bu şəxslər cəzasız qalsa gələcəkdə daha böyük oğurluqlara əl ataraq vətəndaşlara ziyan vuracaqlar.
Orxan Əli
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











