Bakıda taksi şirkətlərinin “haqq” əməliyyatı: "Mafiya liderləri" at oynadır

Ötən yazımızda *8555 taksi şirkətinin sürücülərindən haqq tələb edildiyi barədə məqalə dərc etdik. Yalnız adı çəkilən özəl qurum deyil, digərləri də oxşar fəaliyyətlə məşğuldur. Öncəki məqalə saytımızda dərc edildikdən sonra fərqli şirkətlərdə çalışanlar redaksiyamıza müraciət edərək analoji vəziyyətlə qarşılaşdıqlarını bildirib.
Əvvəkcə məlumat üçün bildirək ki, müqavilə sənədinə əsasən, hər bir sürücü taksi şirkətindən müxtəlif növdə balans paketi alır. Bununla məsafəyə uyğun olaraq həmin balansdan məbləğ çıxılır. Lakin taksi şirkətləri təqdim etdikləri paketdən əlavə sürücülərdən həftəlik və ya aylıq “haqq” tələb edir. Onlar tələbə uyğun işləmək istəmədikdə, balans paketləri bitmədiyi halda belə, şirkət sürücülərə müştəri vermir.
İddiaya görə, özəl qurumlarda çalışan taksi sürücüləri şirkətə əlavə həftəlik 100 manat, aylıq isə 300 manat ödəməlidir. Bundan əlavə, taksi şirkətlərində operator vəzifəsində işləyən şəxslərin də rəhbərliyin “plan” mexanizmini təqlid etdiyi bildirilir. Belə ki, onlar əlavə pul aldığı sürücüləri müştərilərlə təmin edir.
Sürücülər şikayətdə bildirir ki, “şirkət sahibləri özlərini mafia başçısı kimi aparır”.
Qeyd edək ki, “9111” və “189” nömrələri altında fəaliyyət göstərən taksi şirkətlərinin adı sözügedən məsələdə hallanmır. Bu özəl qurumlarda çalışan sürücülər qeyd edilən vəziyyətlə qarşılaşmadıqlarını dilə gətirib.
Saytımıza verilən məlumatda həmçinin bildirilir ki, əlavə “haqq” ödəməyən taksi sürücüləri şəhərətrafı və asfalt örtüyünün bərbad olduğu ərazilərə yönləndirilir. Pul ödəməyən sürücüləri bu yollarla ödəniş etməyə məcbur edirlər.
//Minval.İnfo
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












