Bakıda taksi sürcüsünə silahlı basqın edən şəxslərə AĞIR CƏZA verildi

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Nurlan Ağayev və Əliağa Abdullazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Ağayev 8 il və Əliağa Abdullazadə isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Əliağa Abdullazadə 11 iyun 2022-ci il tarixdə, gecə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş İ.Dəmirovun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə sürücünün arxasındakı oturacaqda, qrupun digər üzvü, onun tanışı Nurlan Ağayev isə ön sağ oturacaqda müştəri qismində əyləşib. Onlar sürücüdən maşını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinə sürməyi xahiş ediblər. Həmin ünvan istiqamətində hərəkətdə olan zaman 12 iyun 2022-ci il tarixdə, gecə saat 00:30-da məktəbin qarşısında avtomobilin mühərrikində nasazlıq yaranıb. Bu zaman Əliağa Abdullazadə maşının dayanmasından istifadə edərək əlləri ilə zərərçəkmiş şəxsin boğaz nahiyəsindən tutub, arxaya tərəf sıxıb. Daha sonra o, əlində olan silah qismində istifadə etdiyi bıçağı onun boğaz nahiyəsinə dirəyərək hədələyib. Əliağa sürücüdən üzərində olan pulları verməsini tələb edib. İ.Dəmirov bu tələbdən qorxaraq avtomobilin salonunda və üzərində olan 61 manat pulu onlara verib.
Hadisədən sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












