Bakıda taksi sürücüləri qadın turistə görün necə kələk gəlib - ŞOK

Bakının taksi sürücüləri Amerikalı turistə xidmət göstərərkən böyük miqdarda gəlir əldə ediblər. Lakin ABŞ vətəndaşı olan xanım azərbaycanlı taksi sürücülərindən çox narazı qalıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə 1970-ci il təvəllüdlü ABŞ vətəndaşı Elizabet Rouz şikayət ərizəsi ilə müraciət edib. O, bildirib ki, Azərbaycana istirahət etməyə gəlib, lakin burada xidmət bazarında hədsiz dərəcədə yüksək qiymətlərlə rastlaşıb. Onun sözlərinə görə, iyunun 22-də Ramin adlı taksi sürücüsü onu şəhər ətrafına aparmaq müqabilində ondan 1380 dollar pul alıb. Sonra o, bilib ki, bu, getdiyi yol müqabilində tələb olunan vəsait yox, sadəcə dələduzluqdur. Amma bu hələ son deyil.
İyunun 23-də digər taksi sürücüsü İlqar turistdən "yardım əli uzatmağı" xahiş edərək ondan xidmət müqabilində 5 min dollar alıb. Hətta pulu qaytaracağına da söz verib. Hər iki cavan taksi sürücüsü amerikalı qadından pulu alandan sonra onun diqqət sahəsindən uzaqlaşıblar və yoxa çıxıblar. Üstündən 10 gün keçməsinə baxmayaraq, sürücülər nə pulu qaytarıblar, nə də gözə görünüblər.
Hazırda 39-cu polis bölməsinin əməkdaşları adlarından başqa heç nə məlum olmayan bu fırıldaqçıları axtarmaqla məşğuldur. Necə deyərlər, Braziliyada nə çox vəhşi meymun…
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












