Bakıda taksiyə iki sərnişin soyğunçuluq etdi - Biri həbs olundu
Xəbərlər
20 Oktyabr 2019 22:42

İki nəfər sürücünü döyərək 88 manat pulunu və mobil telefonunu aparıb
Bakıda taksi sürücüsünü döyərək ona qarşı soyğunçuluq edən şəxslərdən biri saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qazax rayon sakini A.Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib. Hadisə oktyabrın 17-də saat 19 radələrində baş verib. A.Bağırovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində minən 2 nəfər onu döyərək 88 manat pulunu və mobil telefonunu aparıb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, digər şəxs isə müəyyən edilib.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Fidan
Oxunub : 1557
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 20:33
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
17 Noyabr 2026 19:02
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
17 Noyabr 2026 14:00
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
ŞƏRH YAZ












