Bakıda tarixi qalanın ərazisini kim zəbt edib? - FOTO

Şirvanşahlar dövründən qalan Bilgəh qalası (digər adı ilə Qız qalası-red.) şəxsi mülkiyyətə məxsus ərazidə yerləşdiyi üçün tarixi abidəni ziyarət etmək mümkün deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə tarixçi Şəhla Cabbarlı özünün “Facebook” hesabında yazıb.
“Qədim qalanı və hamamı çəkmək üçün Bilgəh kəndinə getdik. Bir saat kənddə axtardıq, qalanın yerini bizə düzgün deyən olmadı, xəritə ilə də tapmaq olmurdu. Axırda yaşlı bir kənd sakini təəssüflə dedi ki, o qala şəxsi həyətdədir. Sahibi qapısını bağlayıb, gedib, görmək mümkün deyil. Görmək üçün hündür yerə çıxmaq lazımdır. Hamam da şəxsi həyətdədir. Onun da qapısı bağlıdır”, - tarixçi qeyd edib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən TNS-ə bildirilib ki, Bilgəh qəsəbəsində yerləşən Qala (XIV əsr) ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir.
“Həmin qalanın ətrafında 15-20 il öncə yaşayış evlərinin tikilməsi nəticəsində tarixi abidəyə gedən yol bağlanıb. Qala yaşayış evinin həyətyanı sahəsinə daxil edilib.
Tarixi abidənin qorunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarət edilir.
Həmin yaşayış evinin sahibi ilə tarixi abidənin qorunmasının vacibliyi barədə söhbətlər aparılıb”.
Qeyd edək ki, Bilgəh qalası haqqında məlumat çox azdır. Məlumat budur ki, qala XIII-XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Buna görə abidə "Tonqal qalası" da adlandırılır.
Maraqlıdır ki, tarixi abidənin yerləşdiyi ərazi şəxsi həyətin içərisinə necə salınıb? Ərazi şəxsi mülkiyyət kimi sənədləşdirilərkən, aidiyyəti qurum buna nə üçün diqqət etməyib?
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı













