Bakıda tələbə qızlar parkda yatdılar: Çantaları oğurlandı

Bakıda parkda yatan tələbə qızların çantasını oğurlayan şəxs hakim qarşısına çıxarılıb. Saxlanılan şəxs məhkəmədən azadlığa buraxılıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, parkın ərazisində baş verib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan iki qız parkda skamyada oturaraq söhbət ediblər.
Onlar birlikdə Qubaya gedəcəklərmiş və bir neçə saat vaxt keçməsini gözləyirlərmiş. Bir müddət sonra ikisi də yatıb. Bunu fürsət bilən A.Mehbalıyev onlardan birinin bel çantasını götürərək oradan qaçıb.
Tələbə qızın çantasında mobil telefonu, bank kartı, tələbə bileti və digər sənədləri olub. 23 yaşlı Mehbalıyev gün ərzində tələbə qızın bank kartından 700 manatdan çox alış-veriş edib. Əsasən tütün məhsulları alıb.
Şikayətdən sonra A.Mehbalıyev saxlanılıb və məsuıliyyətə cəlb edilib.
Məhkəmə istintaqı zamanı Mehbalıyev tələbə qıza dəymiş zərəri ödəyib. Tələbə də ondan şikayətçi olmayıb.
Mehbalıyev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












