Bakıda təmizlik işçisindən məsuliyyətsiz hərəkət - VİDEO

Bakıda təmizlik işçisi olan yaşlı qadın yolun piyada keçidi olan hissəsindən istifadə etməyərək həyatını riskə atıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, qadın hərəkət edən maşınların arasından keçərək həm özünə, həm də digər hərəkət iştirakçılarına təhlükəli anlar yaşadıb.
Xatırladaq ki, bir neçə gün öncə DYP piyadalara müraciət edərək piyadavurma hadisələrinə diqqət çəkmişdi.
"Hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir. Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu faciələrə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı yalnış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”.
baku.ws
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












