Bakıda “təyyarə sürəti ilə” hərəkət edən maşına MMX protokol gəldi– FOTO

Bakıda Dövlət Yol Polisinin elektron protokolu sürücünü təəccübləndirib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir, Bilgəh-Nardaran-Pirşağı yolunda avtomobil sürət həddini aşdığı üçün sürücüyə maraqlı elektron protokol gəlib. Belə ki, protokola baxanda məlum olur ki, qeyd edilən yolda Kürdəxanı istiqamətində hərəkət edərkən maksimal sürət 110 km/saat olduğu halda, avtomobil 623 km/saat sürətlə idarə edilib. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, Azərbaycanda 623 km/saat sürətlə hərəkət edən avtomobil olmadığından bu texniki səhvdir: “Həmin elektron protokolda texniki səhv baş verib. Sürücü məsələnin həlli ilə bağlı DYP idarəsinə müraciət etməlidir”.
Qeyd edək ki, 623 km/saat təxminən təyyarənin uçuş sürətinə bərabərdir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












