Bakıda tüstüləyə-tüstüləyə gedən avtobus – Yanır? - VİDEO

Bakıda insanları təşvişə salan hadisə baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda qeyd olunur ki, 99-XT-628 dövlət qeydiyyat nişanlı, 94 nömrəli yararsız sərnişin avtobusu ətraf mühiti, sərnişinlər və piyadaları zəhərləyir. “Sonra təəccüblənirik, niyə və haradan bu qədər xəstə və əlil uşaqlar doğulur? Xəstəliklərin yaranma səbəblərindən biri ətraf mühitin çirklənməsidir”, - deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, paytaxtın marşrut şəbəkəsində mövcud avtobusların 50%-i texniki baxımdan yarasızdır: “BNA avtobus bazasının yenilənməsi ilə bağlı daşıyıcılar qarşısında tələb qoyub. Bu tələbə uyğun olaraq 2017-ci ildə 1000 ədədə yaxın avtobus əsaslı təmir edilib. Bununla yanaşı bir neçə marşrut xətti üzrə yeni nəqliyyat vasitələri alınaraq Bakıya gətirilib. Avtobus bazasının yenilənməsi işləri bu gün də davam etməkdədir. Bir məqamı unutmayaq ki, BNA sərnişindaşıma ilə məşğul olmur, avtobuslar da BNA-ya aid deyil. Bunlar hamısı daşıyıcıyalar aid məsələlərdir.
Biz bu sahəyə nəzarət edən dövlət qurumu olaraq bütün zəruri tədbirləri görürük ki, daşıyıcılar qısa vaxtda avtobuslarını yeniləsin. Təbii müəyyən bir zaman kəsiyindən sonra bu tələbə əməl etməyən daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Konkret olaraq bu avtobuslar bağlı isə artıq məsələ nəzarətə götürülüb. Daşıyıcının verdiyi məlumata görə, Tərlan Qəniyev adlı sürücünün idarə etdiyi avtobus xətdə olarkən texniki nasazlıq yaranıb. Avtobus dərhal istehsalat bazasına qaytarılıb. Zəruri texniki işlər görüldükdən sonra nəqliyyat vasitəsi yenidən xətdə buraxılıb”.
“Avtobus xətdə olarkən texniki nasazlıq yaranıb və dərhal istehsalat bazasına qaytarılıb” – bu cümlə heç də inandırıcı gəlmədi. Çünki əldə etdiyimiz məlumata görə, bəhs edilən marşrut avtobusu gün ərzində bu şəkildə xidmət göstərib. İkinci bir məsələ də, avtobusların texniki baxışdan keçməməsidir. Vaxtında təmir edilməməsi, nəzarətin olmaması və s. Çünki belə daşıyıcı şirkətlər üçün əsas məqsəd puldur.
Həmin görüntüləri sizlərə təqdim edirik:
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










