Bakıda unudulmuş yol: Kanalizasiya küçəyə axır, təmir “yaddan çıxıb” - VİDEO
Xəbərlər
24 İyul 2020 11:25

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Laçın Səlimov küçəsinin yolları həm sakinləri, həm də sürücüləri bezdirib. Aylar öncə əraziyə su xətti çəkmək məqsədilə yollar qazılıb. Lakin ərazi işlər yekunlaşdıqdan sonra olduğu kimi qalıb.
Baku TV ərazidə olub. Bildirilib ki, sakinlərin tək problemi bununla bitmir. Həmin ərazidə dövlət tərəfindən kanalizasiya xətti çəkilmədiyindən sakinlər öz hesablarına illər əvvəl kustar üsullarla bu işi görüblər. Lakin indi həmin sistem də sıradan çıxıb. Bu səbəbdən çirkab suları yola axır.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, məsələdən xəbərdardırlar.
Şöbə müdiri Xanoğlan Allahverdiyevin sözlərinə görə, hər iki problem tezliklə həll olunacaq: “Məsələdən xəbərimiz var. Kanalizasiya və su xətti yaxın zamanda çəkiləcək.
Layihənin birbaşa icraçısı olan “Azərsu” ASC-dən ərazidə son tamamlanma işlərinin getdiyi və yolun tezliklə təmir olunaraq, sakinlərin istifadəsinə veriləcəyi deyilib”.
Əraziyə su, kanalizasiya xətti çəkmək təqdirəlayiq addımdır. Lakin bu səbəbdən yolu aylarla bərbad vəziyyətdə saxlamaq da yolverilməzdir. Ümid edirik ki, elə aidiyyəti qurumların da dediyi kimi, problem tezliklə öz həllini tapacaq.
Oxunub : 2456
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












