Bakıda uşaq “vergiliyəm” deyən valideyni tərəfindən ölümə məhkum edildi - YENİLƏNİB - VİDEO

“Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib”. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib: “Ailə Xəzər rayonu, Binə qəsəbəsində səfalət içində yaşayır. Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var.
Dünən qonşu azyaşlı uşağı məcburi şəkildə xəstəxanaya yerləşdirib”.
K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edib: “Komitəyə səslənirəm. Bu qurum son vaxtlar çox aktiv şəkildə çalışır. Onların köməyilə neçə uşağı ağır vəziyyətdən xilas etmişik”.
“Bakıda valideynini ölümə məhkum etdiyi uşaq barədə araşdırma aparılır”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O qeyd edib ki, qurum tərəfindən yerli icra hakimiyyətinin qəyyumluq şöbəsi ilə birlikdə araşdırma başlanılıb: “Komitənin psixoloqu, sosial işçisi və hüquqşünasları məsələyə cəlb edilib. Uşağın sağlamlığı, valideynin psixoloji və sosial vəziyyəti qiymətləndirildikdən sonra körpənin maraqları nəzərə alınaraq, o və ailəsi barədə qərar veriləcək. Məsələ hazırda komitənin nəzarəti altındadır”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












