Bakıda uşaqları öldürməklə hədələyən çılpaq şəxs həbs edildi

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 ünvanının qarşısında - ictimai yerdə - çılpaq yatan şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, sakinlərdən biri binanın qarşısındakı skamyada bir nəfərin sərxoş və çılpaq vəziyyətdə yatması, qışqırması, uşaqları öldürəcəyi ilə hədələməsi barədə polisə müraciət edib. O, tanımadıqları şəxsin iki-üç gündür çılpaq halda skamyada yatdığını deyib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları qeyd edilən yerə gedərək həmin şəxsi müəyyən ediblər. Bu zaman o, müqavimət göstərərək polislə birgə getmək istəməyib.
Şöbəyə aparılan şəxsin Lənkəran rayon Boladi kənd sakini, 1977-ci il təvəllüdlü S.Salahov (şərti) olduğu müəyyən edilib və barəsində inzibati protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.
Qafqazinfo
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












