Bakıda xeyriyyə məqsədli “Qələbə qaçışı” başa çatdı - FOTO - YENİLƏNİB

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş xeyriyyə məqsədi ilə təşkil olunan "Qələbə qaçışı" başa çatıb.
Aleksandr Yadsenko 1, Toğrul Məmmədli 2, Bəxtiyar Əsgərli isə 3-cü yerin sahibi olub.
Qeyd edəki, yarışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov da finiş xəttinə çatıb.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.
***
Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı başlayıb.
“Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirakhaqqı ödəyiblər. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüblər. Qaçış iki müxtəlif (5 km və 10 km) məsafəni əhatə edir və 10 kilometr məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər.
Qaçış çərçivəsində maraqlı tədbirlərin də təşkil olunacağı gözlənilir.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir. (report)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












