Bakıda xuliqanlıq – Sürücü avtomobili jurnalistlərin üzərinə sürdü

Bu gün Avropa.info-nun əməkdaşları görünməmiş xuliqanlıq hərəkəti ilə qarşılaşıblar. Avtosfer.az xəbər verir ki, saat 15:00 radələrində Nərimanov rayonu Nazim Hacıyev küçəsi Əliyar Əliyev küçəsinin kəsişməsində “Chevrolet Niva” markalı maşının sürücüsü avtomobili saytın əməkdaşlarının üzərinə sürüb. 10 PN 879 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək, həmin ərazidə yol piyadanın olduğu halda maşını saxlamayıb. Avropa.info-nun əməkdaşları cəld avtomobilin qarşısından sıçrayıb kənara tullanmasaydılar, hər iki əməkdaş avtomobilin altında qala bilərdi. Bu hərəkətinə görə narazılığını bildirən əməkdaşlarımıza avtomobilin sürücüsü çox kobud şəkildə davranıb. Əvvəlcə sürücü etiraz edib ki, maşın gəlirsə, yoldan niyə çıxmırsınız. Sonra dialoq bu şəkildə davam edib:
Avropa.info-nun əməkdaşı:
– Bura tənzimlənməyən piyada keçididir. Sən mütləq dayanıb, piyada yol verməli idin. Sən isə maşını üzərimizə sürürsən.
Sürücü:
-Burada piyada keçidi yoxdur. Görürsən, maşın gəlir, çıxın kənara. Elə etməyin ki, düşüb, başqa cür danışım.
Avropa.info-nun əməkdaşları kobudluq edən sürücünü nəzakətli danışmağa dəvət etsələr belə, kobud sürücü səsini kəsməyib, xuliqanlıq hərəkətini davam etdirib.
Yol hərəkəti qaydalarından xəbəri olmayan bu kobud sürücünün sonrakı söylədikləri bu şəkildə olub:
“Yaşınız çox olmasaydı, düşüb başqa cür danışardım. Rədd olun, gedin buradan. Düşüb, ağzınızı-burnunuzu dağıdaram”.
Bu qədər xuliqanlığı öz şəxsiyyətinə yaraşdıra bilə bir sürücüyə qarşı DYP mütləq ölçü götürməli, adam haqq etdiyi cəzanı almalıdır. Belə sürücülər düşünməsin ki, avtomobilə miniblərsə, piyadaları tapdalaya bilərlər.
Avropa.info xəbər portalı bu yazı vasitəsilə DİN və DYP-nə müraciət edərək, həmin sürücünün tapılıb cəzalandırılmasını xahiş edir.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










