Bakıda yaşıllıq ərazidə tikinti aparılır - ŞİKAYƏT - FOTO

Binəqədi rayonu, Mikayıl Əliyev 5A ünvanında yaşayan sakinlər yaşıllıq ərazidə aparılan tikintidən narazıdırlar.
Bu barədə Oxu.Az-a sakinlər müraciət ünvanlayıblar.
Bildirilib ki, yaşayış binasının qarşısındakı ağacların təxminən 15-i artıq kimyəvi məhlul tökülərək qurudulub:
“Yaşıllığın kütləvi məhvini sakinlər müşayiət etsələr də, həmin anı videoya çəkə bilmədiklərini qeyd edirlər. Eyni zamanda, binanın qarşısındakı parkda bir neçə ay öncə beton tökülərək, aşağı hündürlükdə hörgü işləri aparılıb. Bir müddət öncə isə həmin əraziyə mobil ev quraşdırılıb və artıq bir sakin orada yaşamağa başlayıb. Həmin evin yerləşdirilməsi üçün ərazidəki bir neçə ağac kəsilərək məhv edilib”.
Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5a/15 saylı binanın qarşısında yerləşən vaqonda məskunlaşmış məcburi köçkün, vətəndaş Ülkər Abılova bina sakinlərinin ümumi istifadəsində olan yaşıllıq ərazisində tikinti aparmağa cəhd göstərib:
“Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş Ü.Abılovanın tikinti cəhdinin qarşısı alınıb, tikinti prosesi dayandırılıb. Vətəndaşa xəbərdarlıq olunaraq qanunvericiliyin tələbləri izah edilib”.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












