Bakıda yol polisinə ittiham: “Tıxac yaranır, polislər istirahət edir” - VİDEO
Xəbərlər
28 Avqust 2020 11:35

Xətai rayonu ərazisində sürücülər yollarda yaranan tıxacdan şikayət edir. Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntüdə Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində işıqforun “yaşıl” işığı göstərməsinə baxmayaraq sürücülər hərəkət edə bilmədiklərini deyirlər. Avtosfer.az-ın baku.tv-yə istinadən verdiyi məlumata görə, paylaşım edən şəxs qeyd edib ki, ərazidə olan inspektor yolda yaranan tıxacı aradan qaldıra bilmədiklərini deyib: “Cavanşir körpüsünün qarşısı hər gün bu vəziyyətdədir. Yol ayrıcında tıxac yaranır, yol bizim olsa da hərəkət edə bilmirik. Ərazidə iki YPX inspektoru olsa da nəqliyyatın hərəkətinə baxan yoxdur. İnspektora müraciət edirəm ki, buranı tənzimləsin, deyir necə tənzimləyim? 25 gündür ki işıqforun problemi barədə məlumat vermişəm, məktub yazmışam. Amma nəticə yoxdur”.
Həmin görüntüləri təqdim edirik:
Oxunub : 4172
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 20:33
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
17 Noyabr 2026 19:02
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
17 Noyabr 2026 14:00
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
ŞƏRH YAZ












