Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq - RƏSMİ

Bakı əhalisinin sayı ildən-ilə daha da çoxalır.
Belə ki, Dövlət Statistika Komitəsindən Bizim.media-ya verilən məlumata görə, Bakı əhalisinin sayı 2 milyonu keçib.
Lakin qeydiyyata alınmadan yaşayanlarla birlikdə hazırda paytaxtda dörd milyondan çox insan var.
Ekspertlər şəhər əhalisinin getdikcə çoxalmasını şəhərsalma planlaşdırılmasının düzgün aparılmaması ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, Bakıda yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik formalaşdırılacaq:
“Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün təqdim edilib. Həmin layihə sənədində bütün müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub.
Eyni zamanda, şəhər mərkəzində yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzliliyin formalaşdırılması təklifi verilib. Yəni sözügedən sənəd təsdiq olunandan sonra bir neçə mərkəz formalaşdırılacaq. Bakı ərazisində əsas mərkəzlə yanaşı, altı alt və regional mərkəzin yaradılması təklif edilir. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə açıqlama veriləcək”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












