Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı - VİDEO

Serialları tənqid etməsi ilə məşhur olan türkiyəli yutuber Murat Soner Azərbaycana gəlib.
Avtosfer.az xəbər verir ki, o, Bakı səfərindən maraqlı vloq paylaşıb. Sözügedən video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdə qərarlaşıb. Bir gecəyə həmin video yarım milyon baxış yığıb.
M. Soner paytaxtımızı bir qədər gəzdikdən sonra “Mall”da kinoteatra gedib. O, film afişalarının yetərli olduğunu, lakin izləyici sayının Türkiyədəki kimi azlıq təşkil etdiyini bildirərək təəssüflənib.
Bloqer, həmçinin Azərbaycan yeməklərinin ləzzətli olduğunu bildirib. O, şirniyyatlardan paxlava və şəkərburanın dadına baxıb.
Bundan sonra o, bir neçə serialımızı izləyib. İzləyiciləri isə Sonerə bildirib ki, Azərbaycanın ən yaxşı ekran işi “Əqrəb mövsümü”, ən pis isə “Vicdan haqqı” serialıdır.
Yutuber, eyni zamanda Bakının gözəlliyindən danışaraq binaların Avropa stilində inşa edildiyini söyləyib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












