Bakının adsız KÜÇƏLƏRİ – “Sakinlər yaşadıqları ünvanın adını buradan öyrənə bilərlər”

Azərbaycan tarixinə xidmətləri ilə adı yazılan şəxslərin əbədi yaşaması üçün bir sıra addımlar atılır. Məşhur şəxslərin heykəlləri ucadılır, adlarına park və küçələr salınır. Paytaxt və bölgələrdə küçələrə tanınmış şəxslərin, vətən uğrunda döyüşən, canını qurban verən qəhrəmanların adları verilir.
Bu ənənənin davamlı olmasına rəğmən adsız küçələr qalmaqdadır. Bakının bəzi küçələrinin adı yoxdur. Xüsusilə, Bakıətrafı qəsəbələrdəki küçələrə ad verilməməsi, küçənin adı ilə bağlı lövhələrin olmaması sakinlərə müəyyən çətinlik yaradır. Ən çox üzləşdikləri çətinlik isə təcili tibbi yardım və taksi xidmətinin ünvana çağırılması zamanı yaşanır.
Suraxanı rayonu Hövsan qəsəbəsindəki Bağlar massivinin sakinləri də eyni problemdən əziyyət çəkirlər. Sakinlər küçələrin adsızlığına görə ünvanlarının dəqiq olmadığını bildirirlər. Həmçinin, Hövsanda bəzi küçələr sadəcə 1-ci, 2-ci, 70-ci və s. Hövsan küçəsi adlandırılıb.
Xətai rayonu Əhmədli qəsəbəsi, eləcə də Sabunçu rayonu Ramana qəsəbəsində də eyni problem qalmaqdadır.
Küçələrin adlandırılması məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etdik.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı küçələrin 99 faizinin adı var:
“Son illər ərzində Baki şəhərinin inzibatı ərazisində yerləşən küçələrin böyük əksəriyyətinə adların verilməsi və standartlara uyğun olmayan küçə adlarının dəyişdirilməsi prosesi həyata keçirilib. Sakinlər “unvanportali.az” saytına daxil olmaqla yaşadıqları küçənin adı haqqında məlumat ala bilərlər”.
BŞİH-dən sözügedən ərazilərdə də küçələrin adlandırıldığı qeyd edilib. Yəni rəqəmlərlə göstərilən küçələr artıq onların adlandırılması deməkdir.
Onu da bildirək ki, rəsmi qurum adsız küçələrin rəqəmlərlə göstərildiyini və bunu müəyyənləşdirmək üçün müvafiq portalın olduğunu vurğulasa da, real mənzərə bunun əksini deyir. Nə problem olan küçələrdə adı göstərəcək lövhə vurulub, nə də qeyd olunan portala daxil olarkən əraziyə görə ünvanı tapmaq olur. Lövhə vurulmadığı üçün vətəndaşlar yaşadıqları ünvana hansı adın verilməsindən də xəbərsizdirlər. Üstəlik lövhə vurulmayan küçənin adını niyə müvafiq portaldan öyrənməliyik ki?
Bu suallara cavab isə açıq qalır...
Mövzunu diqqətdə saxlayacağıq.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










