Bakının bir hissəsində 5 gündür su yoxdur - Səbəb nədir?

Bakıda 5 gündür ki, üç binada yaşayan 150 ailənin su ilə təminatında problemlər var.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən 29, 31 və 33 saylı binalarda yaşayan sakinlərdən gedir.
Sakinlərin sözlərinə görə, binalarda öncədən köhnə su xətləri olub. Ancaq bir müddət əvvəl su xətləri yenilənib və yeni sayğaclar quraşdırılıb. Problem də bundan sonra yaranıb.
Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə suyu pulla almalı olurlar.
Məsələ ilə bağlı Binəqədi rayon su-kanal idarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, ərazidə öncədən fərdi su xətləri olub və qurum tərəfindən onlar hamısı ləğv edilərək vahid su şəbəkəsi yaradılıb. Hazırda Biləcəri qəsəbəsi ərazisində su xətlərinin yenilənməsi prosesi getdiyindən həmin binalara su gün ərzində iki dəfə olmaqla qrafiklə verilir. Yenidənqurma işləri yekunlaşandan sonra binaların fasiləsiz su təminatı bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











