Bakının bu qəsəbəsində maşın yudurtmağa ehtiyacı yoxdur - FOTOLAR

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki problem uzun müddətdir həllini tapmır. Havalar yağışlı olan kimi qeyd olunan küçədə (Ballı marketin qarşısı) qrunt suları toplanır. Bu da avtomobillərin hərəkətinə, eləcə də qəsəbə sakinlərinin fəaliyyətinə əngəl yaradır. Problemin səbəbi nədir?
Suaraxanı rayon İcra Hakimiyyətindən Metbuat.az-a verilən açıqlamada bildirilib ki, yağış sularının axıdılması üçün qeyd olunan ərazidə sistem qurulmalıdır. Bununla bağlı “Azərsu”-ya müraciət olunub. Məsələ nəzarətdədir.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd etdi ki, avtomobil yollarındakı kanalizasiya infrastrukturunu artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qurur. Problemlə bağlı agentliyə müraciət etmək tövsiyə edildi.
Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov isə problemlə bağlı açıqlamasında qeyd edib ki, həmin yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindədir:
“Qeyd olunan küçə mərkəzi yoldur. Həmin küçəyə suların axıdılması üçün drenaj xətti çəkilib. Lakin güclü yağışlar yağanda çatdırmır. İcra hakimiyyəti və “Azərsu” tərəfindən təzə xətt çəkilib, kanalizasiya xəttinə birləşdirilib. Amma yağışlar yağan kimi bu xətt suyu çatdıra bilmir”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, mümkün olarsa, problem aradan qaldırılacaq: “Hazırda yolun hansı vəziyyətdə olması ilə bağlı məlumatımız yoxdur. Lakin məsələ ilə bağlı əməkdaşlarımıza məlumat veriləcək. Onlar əraziyə baxış keçirdikdən sonra mümkün olarsa, problem aradan qaldırılacaq. Sözügedən ərazidə yolun əsaslı şəkildə qurulması labüddürsə, o zaman ərazi siyahıya salınar. Bilirsiniz ki, birdən-birə küçələri, yolları təmir etmək mümkün deyil. Növbəli şəkildə bu işlər həyata keçirləcək. Heç bir problem yoxdur”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
















