Bakının daha bir yolkəsən qoçu sürücüsü – 10 AE 005 - VİDEO
Xəbərlər
20 Sentyabr 2018 15:42

Başqasının yolunu kəsməyi bir yana, söyüş də söyür
Sentyabrın 19-da paytaxtın mərkəzi küçəsində qoçuluq edən daha bir sürücü barədə Avtosfer.az-a müraciət daxil olub. Belə ki, Azadlıq prospektindən sağa Zərifə Əliyeva küçəsinə qaydalar çərçivəsində dönən sürücünü sağ zolaqdan "Toyota Land Cruiser" markalı 10-AE-005 qeydiyyat nişanlı avtomobilin sürücüsü sıxıb. Videonu qeydə alan sürücü qəzanın qarşısını almaq məqsədilə səs siqnalından istifadə edib və qayda pozan sürücüyə etirazını bildirib. Bu zaman digər sürücü "Əcəb edirəm" deyərək nalayiq söyüşlər söyməyə başlayıb və yolu kəsərək etirazını bildirib. Təhqiredici ifadələr işlətdikdən sonra isə ərazini tərk edib. Qeyd edək ki, 10-AE-005 qeydiyyat nişanlı avtomobil "Ekolizinq MMC"-yə məxsusdur.
Emin



Oxunub : 31471
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 20:33
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
17 Noyabr 2026 19:02
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
17 Noyabr 2026 14:00
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
ŞƏRH YAZ















