Bakının hava limanında beynəlxalq marşrutlar üzrə sərnişin axını 39 % artıb

Bu ilin yanvar ayında Bakı hava limanının beynəlxalq istiqamətləri üzrə 437 mindən çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% artım deməkdir.
Avtosfer.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Məlumata görə, ötən ay 15-i aşağı büdcəli (loukoster) olmaqla, 36 aviaşirkət 4 225 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,8 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 222 mindən çox, “Azərbaycan Hava Yolları” QSC isə 215 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 47 minə yaxın sərnişin daşınıb. Bununla yanaşı, ötən ilin yanvar ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 56 % artaraq 21 min nəfər təşkil edib.
Yanvarda Bakıdan yeni istiqamətlər açılıb və populyar marşrutlar üzrə uçuş tezlikləri artırılıb. Aviasiya sənayesinin dinamik inkişafını və hava nəqliyyatına artan tələbatı nəzərə alaraq, Bakı aeroportu öz infrastrukturunu, xidmətlərini təkmilləşdirməkdə və sərnişinlər üçün yeni imkanlar təklif etməkdə davam edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












