Bakının islah olunmayan "avtoşu" ölümə gedir: İnsanları da bezdirib - VİDEO

Oxucularımız biri Avtosfer.az-a müraciət edərək əhalinin dincliyini pozaraq təhlükə yaradan sürücüdən şikayət edib. Belə ki, Memar Əcəmi metrosu yaxınlığında yaşayan sakinlərin adından müraciət edən vətəndaş deyir ki, 90 OP 027 dövlət nömrə nişanlı, VAZ 21 07 markalı avtomobilin sürücüsü gecə saatlarında avtoxuliqanlıq edir. Musiqiyə yüksək səs verərək avtomobil ilə təhlükəli manevrlər edir. Həmçinin dəfələrlə digər sürücüləri təhlükəyə atır. Belə ki, əks yola çıxaraq yüksək sürətlə digər maşınları çaşdırır. Sürücü bütün bu hərəkətlərini çəkərək Instagram hesabında yerləşdirir. Həmçinin hesabında içki, narkotik kimi zərərli vərdişləri təbliğ edir.
Avtosfer.az bildirir ki, dəfələrlə yol polisi tərəfindən saxlanılaraq inzibati qaydada cərimə olunsa, həbs edilsə, sürücülük hüququ məhdudlaşdırılsa da sürücü islah olmur.
Həmçinin yol polisi tərəfindən saxlanılan zaman lezva çıxardaraq özünə xəsarət yetirir. Artıq o həddə çatıb ki, insanlar bu şəxsin əlindən təngə gəlib. Əslən Ağcabədi rayonundan olan Zahir adlı bu şəxs öz əməllərindən əl çəkmək istəmir. Əksinə hər dəfə cərimə olunduqdan sonra avtomobildə yenidən konstruksiya dəyişikliyi edir, daha kobud şəkildə qaydaları pozur. Görünür ki, inzibati həbs və cərimələr bu şəxsə təsir etmir. Yəqin ki, hüquq mühafizə orqanları bu şəxs barəsində daha ciddi şəkildə ölçü götürməlidir. Çünki vaxtında qarşısı alınmazsa ağır nəticələrə səbəb ola bilər. Sürücünün törətdiyi əməllərdən ibarət videomaterialı təqdim edirik:
Fərid
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?















