“Azərbaycan Dəmir Yolları” mülki müdafiə təlimi keçirib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda təlimlər keçirib.
ADY-dan Avtosfer.az-a verilən məlumata görə, Salyan dəmir yolu qovşağında baş tutmuş təlimdə ADY-nin Mülki müdafiə şöbəsi, Yük daşımaları departamenti, Həkim-Sanitar Xidməti, FHN Muğan Regional Mərkəzinin nümayəndələri və digər aidiyyəti şəxslər iştirak edib.
Təlimdə fövqəladə hal zamanı mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, qüvvələrin düzgün idarə edilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi və təhlili istiqamətində bilik və bacarıqlar təkmilləşdirilib. Eyni zamanda, qəza-xilasetmə və digər təxirə salınmaz işlər aparılarkən qüvvələrin fasiləsiz idarə olunması, fövqəladə vəziyyət yaranan zaman binaların, qurğuların, istehsalat anbarlarının, enerji təchizatının, habelə qəza, dağıntı, təbii fəlakətlər nəticəsində işçilərin təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi istiqamətində də yeni bilik və vərdişlər öyrədilib.
Təlim zamanı Salyan yanğından mühafizə qatarı, yükqaldırma qabiliyyəti 60 ton olan EDK-300 markalı dəmiryol kranı və bir sıra alət və avadanlıqlardan istifadə olunub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













