“BakuBus”ın avtobusları dayanacaqda saxlamır - VİDEO

Bu gün səhər saatlarında Heydər Əliyev Prospektində "Koroğlu" metrosu istiqamətində sərnişinlər yolda qalıb. "BakuBus"a məxsus avtobuslar Cavanşir körpüsünün altından keçdikdən sonra prospektin orta yolu ilə hərəkət ediblər və Bakı Nəqliyyat Agentliyinə məxsus dayanacağa daxil olmayıblar. 13 saylı marşrut xətti üzrə hərəkət edən 7-8 avtobus içində az sərnişin olmasına baxmayaraq dayanacaqda saxlamayıblar. Bunun nəticəsində çoxlu sərnişin yarım saat gözləməli olub.
Yarım saatlıq intervalla dayanacağa daxil olan 1 saylı marşrut avtobusunda sıxlıq olduğundan sərnişinlərin bir çoxu minə bilməyərək yolda qalıblar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya qeyd edib ki, məsələ araşdırılaraq qısa zamanda açıqlama veriləcək: “Hazırda Heydər Əliyev prospektində sıxlıq var. Ancaq dediyiniz hal müşahidə olunmayıb. Araşdırılacaq”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












