Balakən sakini yaşayır, amma ölmüş kimi qeydiyyatdadır - VİDEO

Balakəndə elektron imza üçün notariusa müraciət edən bir qadına onun ölmüş kimi qeydiyyatda olduğu bildirilib. Özü də 1977 -ci ildən. Halbuki, vətəndaş 2005-ci ildə şəxsiyyət vəsiqəsi üçün rəsmi orqanlara müraciət edib. Avtosfer.az-ın məlumatına görə, rəsmi sənəd almaq üçün müraciət etdiyi yerdən onun ölmüş kimi qeydiyyata alındığı bildirilib.
Hadisə Balakən sakininin başına gəlib. 42 ildir ki, Rəna Ağamalıyeva adlı Balakən rayon sakini ölmüş olaraq sənədlərə işlənilib. 3 uşaq anası olan Rəna Ağamalıyeva özəl bir şirkətdə mühasib işləyir. Son bir ay ərzində elektron imza almaq üçün Balakən rayon notariusuna müraciət etsə də, bu cəhdi uğursuz olub. Notariatlığın elektron sistemində bu şəxs 1977 ci ildən bu günə qədər ölü kimi qeyd olunduğu bildirilib. 2005 ci ildə şəxsiyyət vəsiqəsi almış Rəna Ağamalıyeva necə ola bilər ki, bu günə qədər bəzi hüquqi əməliyyatlar etməsinə baxmayaraq, hazırda ölmüş kimi göstərilib? Məsələ ilə bağlı araşdırmalarda məlum olub ki, 1973 ci ildə anadan olmuş və 1977 ci ildə dünyasını dəyişmiş bacısı Sevil Ağamalıyeva əvəzinə Rəna Ağamalıyeva ölmüş kimi qeydiyyata alınıb.
Balakən rayon qeydiyyat şöbəsindən isə bildirdilər ki, vətəndaşa məsələ ilə bağlı məlumat verilib. Balakən rayon məhkəməsinə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilib.
Həmin vətəndaş bildirir ki, başına gələn bu məsələ işlərini çətinləşdirib. Sənədləşmə işlərində problem yaranır. İndi tezliklə məhkəməyə müraciət edərək düşdüyü vəziyyətdən çıxmalıdır.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












