Balakəndə narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

Anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir.
Bu istiqamətdə növbəti tədbir Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qazma kənd 2 saylı orta məktəbdə keçirilib.
Tədbirdə çıxış edən polis şöbəsinin rəis müavini Elxan Zamanov “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların sağlamlığına vurduğu zərərlər barədə məlumat verib.
O, gənc nəslin sağlam böyüməsində ən vacib amillərdən birinin də narkomaniya ilə mübarizə və onun profilaktikası olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edənlər də ölkəmizdə narkomaniyaya qarşı aparılan qətiyyətli mübarizədən söz açıb və məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














