Balakəndə narkotiklərlə əlaqədə şübhəli bilinən 7 nəfər tutulub - FOTO - VİDEO

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son 15 gündə keçirdikləri əməliyyatlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 7 nəfər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri - Həsən Gəncəliyev və Səyyad Əhmədov saxlanılıb. H.Gəncəliyevin rayonun Hənifə kəndi ərazisindəki meşəlikdə, S.Əhmədovun isə qarğdalı sahəsində yetişdirdiyi narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.Həmçinin, şəxsi axtarış zamanı H.Gəncəliyevdən qurudulmuş marixuana da aşkarlanıb.
Keçirilən növbəti əməliyyatlar zamanı isə Kamran Əliyev, əvvəllər də eyni əmələ görə 3 dəfə məhkum olunmuş Sərxan Mirzəyev, Kamil Məmmədov, Kənan İmamverdiyev və Rövşən Məmmədov saxlanılıb. Onların üzərilərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












