Balakəndə repressiya qurbanlarına aid olduğu güman edilən qəbirlər aşkarlanıb - FOTO

Balakəndə çay sahilində onlarla qəbir aşkarlanıb.
Qəbirlər rayonun Katex kəndində, Katex çayının sağ sahilində kənd sakinləri tərəfindən aşkar olunub.
Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 50-60 qəbrin olduğu bildirilir. Güman edilir ki, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar. Ölən insanlar isə bu ərazidə dəfn ediliblər.
Tarixçi Akif Məmmədli “Report”un yerli bürosuna bildirib ki, qəbirlərin aşkar olunduğu ərazi arasdırılmalıdır:
“Sakinlərin də dediyi kimi, burada dəfn olunan insanların repressiya qurbanları olduğu ehtimal olunur. Düşünürəm ki, Katex çayının sağ sahilində arxeoloji qazıntılara ehtiyac var. Bu ərazi tariximizin izlərindən xəbər verir”.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












