Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə bir nəfər şəxsin bank kartından 2000 manatının oğurlanması barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 3-də rayon ərazisində bir nəfər şəxsin bank kartından 340 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin itirdiyi mobil telefonunun arxasında olan bank kartından 2200 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə bir nəfər şəxsin bank kartından 416 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Əsədullayev saxlanılıb.
Araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












