Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ

Baş Prokurorluq qanunsuz silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuların könüllü təhvil verilməsinin hüquqi nəticələri ilə bağlı vətəndaşlara çağırış edib.
Qurumdan bildirilib ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur.
Qeyd olunan əməllər iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət qanunvericiliyinə əsasən, qanunsuz odlu silah və digər qeyd edilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
“Odur ki, vətəndaşları onlarda olan qanunsuz odlu silah və onun komplekt hissələrini, partlayıcı maddə və qurğuları təhvil verməyə çağırırıq.
Vətəndaşlar nəzərə almalıdırlar ki, hətta hadisələrin təsadüfi axını zəminində böyük ictimai təhlükə törətməyən cinayətin belə odlu silahla törədilməsi şəxsin məsuliyyətini ağırlaşdıran haldır. Həmçinin, odlu silah və digər döyüş sursatlarını saxlama potensial cinayət təhlükəsi yaradır və ağır nəticələrə səbəb ola bilər”, - məlumatda vurğulanır.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












