Bayraktar təhdid edildi

Rusiyanın ən böyük haker qrupu “Killnet” Türkiyənin “Baykar” şirkətinə təhdid mesajı ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, ABŞ, Norveç, Rumıniya, Litva, İtaliya, Çexiya, Latviya kimi ölkələrə hücumları ilə adından söz etdirən, Rusiyanın Ukraynadakı işğalçı müharibəsini dəstəkləyən “Killnet” Teleqram kanalı üzərindən verdiyi açıqlamada “Baykar” və şirkətin sahibi Bayraktar ailəsini təhdid edib.
Türkiyəni hədələyən haker qrupu bundan əvvəl ABŞ-ın müdafiə nəhəngi “Lockheed Martin” şirkətinə DDoS hücumu həyata keçirdiyini iddia etmişdi.
BBC-nin rus bölməsinə müsahibə verən “Baykar”ın baş direktoru Haluk Bayraktar “Moskva sizə böyük pul təklif etsə, onlara “Bayraktar” satardınızmı” sualına belə cavab vermişdi:
“İşimizin əsasını heç vaxt pul və maddi şeylər təşkil etməyib. Moskva bizə nə qədər pul təklif etsə də, bunları onlara satmayacağıq”.
Kremlin dəstəklədiyi iddia edilən “Killnet”dən təhdid mesajı da bu açıqlamadan sonra gəlib.
Bundan əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü olan Sergey Tsekov “Baykar”ın Ukraynada PUA zavodu quracağı halda bu obyektin "qanuni hədəf" olacağını demişdi.
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO










