Bakı-Quba yolunda yük maşını sürücüləri özbaşınalıq edir - DYP-dən CAVAB - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda yük avtomobili sürücülərinin sol zolaqla hərəkət etməsi məsələsinə rəsmi münasibət bildirib. Avtosfer.az xəbər verir ki, İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev oxu.az-a bildirib ki, sürücülərin bu hərəkəti nəqliyyat vasitələrinin yolun hərəkət istiqamətində yerləşdirilməsi qaydalarının pozulmasıdır:
“Avtomobillər yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda, sol zolaqla idarə olunması qayda pozuntusudur. Eləcə də digər nəqliyyat vasitəsinin sağ zolaqdan ötmə əməliyyatı etməsi də yol hərəkəti qaydalarına ziddir”.
K.Əliyev yük maşınlarının həddən artıq yüklənməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Orada heç kim yük maşınlarının normadan artıq yükləndiyini deyə bilməz. Yük maşınlarında olan yüklərin çəkisi xüsusi tərəzilərin olduğu postlarda ölçülür. Əgər nəqliyyat vasitəsində normadan artıq yük varsa, o boşaldılır. Aydın məsələdir ki, bu kimi qayda pozuntusu halları inspektorlar, eləcə də xüsusi texniki vasitələr ilə aşkar edildikdə həmin sürücülər inzibati məsuliyyətə cəlb olunurlar”.
10:27
Yük maşınları avtomagistralda digər avtomobillərə maneə törədir. Video Bakı-Quba yolunda qeydə alınıb. Paylaşım edən şəxs yük maşınlarının yolun sol zolağı ilə hərəkət etməsindən şikayətlənib: “Yük maşınları yolun sağ zolağı ilə getməlidir. Yolları bərbad vəziyyətə salıblar. Digər hərəkət iştirakçılarına mane olurlar. Yolun sol zolağı ilə hərəkət edən yük maşınları arxadan gələn avtomobillərə ötmə əməliyyatı etməyə də imkan yaratmırlar. Ard-arda bir neçə yük maşını yolun sol zolağı ilə hərəkət edir”.
Videoda sol zolaqda hərəkət edən 99-JK-570 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşınının qarşıdakı nəqliyyat vasitəsini sağdan ötməsi də görünür.
Şikayətçi bu vəziyyətin yaranmasında yol polisi əməkdaşlarını ittiham edib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










