BCI Ağdamdan reportaj yayımladı - FOTO

BCI beynəlxalq media portalının əməkdaşı Ağdam rayonu ilə bağlı yunan dilində videomaterial hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, videomaterialda Ağdamı “Qafqazın Xirosiması” adlandıran müəllif bildirir ki, rayon təxminən 30 ildən sonra erməni təcavüzündən azad edilib.
Vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əvvəl Qarabağın incisi sayılan Ağdam bölgənin ticarət mərkəzi olub, burada üzümçülük və şərabçılıq geniş inkişaf edib. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salınıb, rayon isə darmadağın edilib.
Müəllif hazırkı Ağdamı infrastrukturu, mədəni irsi olmayan “kabus şəhər” adlandırır. Diqqətə çatdırılır ki, buradakı bütün muzeylər, tarixi abidələr, xəstəxanalar, məktəblər, ictimai binalar və evlər məhv edilib, avtomobil və dəmir yolları dağıdılıb. Ağdam şəhərində yalnız məscid qalıb.
Müəllif qeyd edir ki, rayonun bərpası üçün müəyyən vaxt lazım olacaq. Lakin bərpa işlərindən əvvəl bölgəni minalardan zərərsizləşdirmək lazımdır. Bildirilir ki, artıq bu işlər həyata keçirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












