BDU-nun dosenti dünyasını dəyişdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.
Avtosfer.az xəbər verir ki, Gülxanım Vəliyeva 1944-cü il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 1953-1963-cü illərdə Bakı şəhəri 125 saylı orta məktəbdə, 1963-1968-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-ci ildən BDU-da çalışır. 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1990-cı ildə dosent elmi adını alan Gülxanım Vəliyeva 1968-1970-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, 1970-1983-cü illərdə BDU-nun Türkologiya kafedrasında baş laborant, 1984-1990-cı illərdə Türkologiya kafedrasında baş müəllim, 1990-cı ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərib. Gülxanım Vəliyeva həmçinin, 1985-1990-cı illərdə Filologiya fakültəsinin Həmkarlar İttifaqının sədri, 2000-2001-ci illərdə Bakı Qızlar Universitetində elmi işlər üzrə prorektor, 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının elmi katibi vəzifələrində çalışıb.
Gülxanım Vəliyevanın əsas tədqiqat sahəsi türkologiya və Azərbaycan dialektologiyası olub. O, 5 dərs vəsaiti, 4 metodik göstəriş və proqram, 40-a yaxın elmi məqalənin müəllifi idi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












