Bələdiyyə sədri yolu satıb - Sakinlər qanuni ərazilərinə gedə bilmir - FOTO

Abşeron rayonunda vəzifəli şəxslərin qanunsuz torpaq satmaları ilə bağlı daha bir biabırçı fakt ortaya çıxıb. Bu barədə Bakupost-a Hökməli qəsəbəsindəki At yalı adlandırılan ərazidə torpaq sahibi olan şəxslərin qanuni nümayəndəsi, Qarabağ veteranı Rafiq Abışov məlumat verib. O bildirib ki, nümayəndəsi olduğu şəxslər - Abışova Səkinə Nəbi qızı (həm də həyat yoldaşıdır - red.) və Rəhimova Minayə Cəlal qızı həmin ərazidən ayrı-ayrılıqda hərəsinə 6 sot torpaq alıb. Torpağı alarkən ölçüb-biçilib, hər biri 6 sot olan torpaq bələdiyyə tərəfindən sənədləşdirilib. Sonra onların sənədinin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsindən torpağın hər birinə "Çıxarış” ("Kupça”) alınıb. O zaman Abşeron Bələdiyyəsinin sədri Mirdaməd Miradiyev olub. Lakin M.Miradiyev "Sevil massivi işi”nə görə həbs olunduqdan sonra onların torpaqlarına gedən yol başqa şəxslərə satılıb: "Onun yerinə oğlu Mirəziz Miradıyev seçildi. Bələdiyyə işçiləri bizim torpağa gedən aşağı və yuxarı yolları ayrı-ayrılıqda satıb. Məndə olan məlumata görə, yuxarı yol 1800 manata, aşağı yol isə 3000 manata satılıb. İndi biz öz torpaqlarımıza gedə bilmirik. Çünki yolun üstündə ev tikilib. Halbuki biz torpağı alanda gəldilər, ölçüb-biçdilər, məlum oldu ki, aşağı və yuxarı yol hər biri 8 metr enindədir. Bizə "kupça” verdilər. İndi həmin yollar satılıb və üstündə ev də tikilib. Biz də öz torpağımıza gedə bilmirik. Mən Qarabağ müharibəsi veteranıyam. Binadakı evimi satıb gedib ordan torpaq aldım ki, rahat yaşayım. Həyətdə rahat nəfəs alım. Bina evlərində nəfəs ala bilmirəm. Bu da belə çıxdı”.

R.Abışov məhkəmənin qərəzli olduğunu deyir və o, bununla bağlı bəzi dövlət idarələrinə müraciət edib: "2015-ci ilin iyul ayından proses gedir. Amma mən bu qədər müddət ərzində məhkəmələrdə ədalət tapa bilməmişəm. Gediş-gəliş yolunu qeyri-qanuni satanlar məsuliyyətə cəlb olunmaq əvəzinə, məni neçə ildir, get-gələ salıblar. Abşeron məhkəməsi sanki bələdiyyənin nəzdindədir və onun heç bir səlahiyyəti yoxdur. Qanunsuz verilən sənədləri təsdiq edə-edə gedirlər. İşin gedişatı qərəzli olduğuna görə, mən ölkə rəhbərliyinə və digər məsul şəxslərə müraciət etmək məcburiyyətində qalmışam. Lazım olan bütün sənədlər də əlimdə var və təqdim edə bilərəm”.


Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












