Benzin qıtlığı yarana bilər

“Rusiyanın neft emalı sənayesi yayda ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üz-üzədir”.
“Report” xəbər verir ki, bu barədə Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin rəis müavini Serqey Kondratiyevin “Forbes” jurnalında dərc edilən yazısında göstərilib.
Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmiri çətinləşdirir. Bundan əlavə, dron hücumlarının tezliyi müəssisələrə dəyən ziyanın sayını artırır. “Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Amma təmir və modernləşdirmə ilə bağlı problemlərə görə, yayda ölkənin daxili bazarında benzin qıtlığı yarana bilər”.
Ötən il Rusiya 275 milyon ton neft emal edib. Daxili bazar istehsal olunan benzinin 86-90%-ni, təyyarə yanacağının 80-85%-ni, dizel yanacağının 50-60%-ni alırdı. Ekspert qeyd edib ki, yerli zavodlar xaricdən gətirilən avadanlıqlardan çox asılıdır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Rusiyadan 17 387 ton "Aİ-92" markalı, 40 261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.
Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64 976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86 000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2 000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












