Benzin və dizel yenə bahalaşa bilər- Bəd xəbər

Xəbər verdiyimiz kimi, Tarif Şurası tərəfindən benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək, topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub.
Benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilib, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.
İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Tarif Şurasının bu qərarı istehsalçıların əməliyyat xərclərinin artmasına səbəb olacaq: “Amma bu, benzin və dizelin pərakəndə satışına təsir etməyəcək. Buna baxmayaraq, yeni qərar gələcəkdə pərakəndə satışla bağlı qərarların olması ehtimalını artırır. Bu qərar yeni idarəetmə modelinə keçidə, yəni şirkətdaxili rəqabətin yaradılmasına cəhddir".
N. Cəfərli bildirib ki, bir müddətdən sonra şirkətlər yenidən Tarif Şurasına müraciət edə bilərlər ki, əməliyyat xərclərində dəyişikliklər, artımlar, problemlər var və pərakəndə satış qiymətlərinə yenidən baxılsın: “Mümkündür ki, bu, yaxın gələcəkdə dövlət tərəfindən tənzimlənən qiymətlərə də müəyyən dərəcədə təsir etsin və qiymətlər dəyişsin”.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












