Bərdə polisi əməliyyat keçirdi, 3 kq-dan artıq narkotik götürüldü - FOTO

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda və satışında şübhəli bilinən rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Elçin Haqverdiyev saxlanılıb.
Davam etdirilən araşdırmalarla E.Haqverdiyevin şəhər ərazisindəki yaşadığı evdən, eləcə də əvvəllər yaşadığı Alaçadırlı kəndindəki evdən və onun üzərindən müxtəlif qablaşdırmalarda 2 kiloqram 300 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum edilmiş Tofiq Qurbanov saxlanılıb.
Onun Alaçadırlı kəndində yaşadığı ünvana və üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.





Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












