Bərdə və Sumqayıtda avtomobillər qaçırılıb

Bərdədə və Sumqayıtda nəqliyyat vasitələri qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən VAZ-2115 markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə fevralın 9-da gecə saatlarında 11-ci mikrorayon ərazisindən VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə Hacı Zeynalabdin qəsəbəsi ərazisində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












