İrandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İran Azərbaycanla nəqliyyat əlaqələrini daha da genişləndirməyə davam edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
“Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”, - deyə o bildirib.
Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək:
“Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












