Bərdədə mal-qara oğurlayan dəstə ələ keçdi - FOTO

Bərdədə mal-qara oğurlayan dəstə ələ keçib.
Avtosfer.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qazaxlar, Mehdili, Mustafaağalı, Tumaslı kəndlərindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qara oğurlayan 3 nəfər saxlanılıb.
Araşdırmalarla oğurluq əməllərini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini Rövşən Oruczadə, onun tanışları, Neftçala rayon sakini Atakişi Əliyev və Bərdə rayon sakini Səbuhi Ələsgərovun əvvəlcədən əlbir olaraq bir qrup şəxs halında Bərdə, Tərtər və Neftçala rayonlarından müxtəlif vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvan oğurladıqları məlum olub.
Dindirmə zamanı onlar oğurladıqları mal-qaranı satıb əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












